DÜNYA


Ermənistan müxalifəti “məxməri inqilab” komitəsi yaradıb

Bakı, 17 aprel, AZƏRTAC

Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını elan edib.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Nikol Paşinyanın sözlərinə görə, bu komitə hərəkata rəhbərlik edəcək və onu qələbə sonluğunadək çatdıracaq.

“Bütün regionlarda dövlət müəssisələrinin blokadası üçün inqilab komitələri yaradılacaq və çox tezliklə bu müəssisələr, o cümlədən polis inqilab komitələrinin əmrlərini yerinə yetirəcəklər”, - deyə Paşinyan mitinqdə bildirib. O, həmçinin deyib ki, dövlət orqanlarının blokadası çərşənbə günü başlayacaq.

Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.