Ermənistan müxalifəti parlamentin vitse-spikerinin başçılığı ilə İrəvanda küçəni bağlayıb
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Ermənistanda müxalifət fəalları parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılığı ilə İrəvanda küçələrin birini bağlayıblar.
AZƏRTAC xəbər verir ki, yerli informasiya portalları aksiyanı canlı yayımlayıb. Aksiya iştirakçıları polisin küçəni açmaq tələbinə məhəl qoymayıblar. Bundan sonra polis etirazçıları saxlamağa başlayıb.
Ermənistan müxalifəti hazırda İrəvanın dörd müxtəlif hissəsində kütləvi yürüşlər keçirir. Onlar hökumət əleyhinə şüarlar səsləndirir və baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edirlər.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda müxalifətin miqyaslı etiraz aksiyaları keçirilir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər.

Xəbərin mətnində orfoqrafik səhv var