SİYASƏT
Ermənistan növbəti dəfə alçaldılıb
Berlin, 30 noyabr, AZƏRTAC
Rusiyanın müdafiə naziri Sergey Şoyqu terrorizmə qarşı mübarizədə Azərbaycanın səylərini yüksək qiymətləndirərək, onu “Xəzərdə təhlükəsizliyin forpostu” adlandırıb. Bu kompliment 2004-cü ildə Ermənistanı “Rusiyanın Cənubi Qafqazda forpostu” adlandıran RF Dövlət Dumasının əvvəlki sədri Boris Qrızlovun sözləri ilə kəskin təzad təşkil edir.
Bu iki ifadə arasında məna fərqi aşkardır. Əgər Ermənistana münasibətdə onun vassal asılılığı vurğulanırsa, Azərbaycana münasibətdə onun müstəqil oyunçu kimi regionda rolu etiraf edilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin