REGİONLAR


Ermənistan ordusu bölmələrinin törətdiyi yanğınlar Mirəşelli qəbiristanlığına keçib

Ağdam, 20 iyun, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndində törətdiyi yanğınlar təmas xəttini keçərək Mirəşelli kəndi ərazisinə yayılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın nəticəsində Mirəşelli kənd qəbiristanlığı tamamilə yanıb. Hazırda davam edən yanğınlar yaxınlıqdakı taxıl zəmiləri üçün təhlükə yaradır. Ərazi təmas xəttinə çox yaxın məsafədə yerləşdiyi üçün yanğının söndürülməsində çətinliklər var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.