DÜNYA


Ermənistan ordusu cinayətkar aləmin qanunları ilə idarə olunur

Tbilisi, 2 dekabr, AZƏRTAC

Ermənistandakı həbsxanalarla silahlı qüvvələr arasında çoxlu oxşarlıqlar var. Hər iki sahə çox gəlirli biznesə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Ermənistanın hüquq müdafiəçisi Vardan Arutyunyan deyib.

Onun sözlərinə görə, 1990-cı ildə ordu cinayətkar düşüncələr və ünsürlər əsasında formalaşıb. Həmin dövrdə orduya çoxlu sayda cinayətkar ünsürlər cəlb olunub. Ordu da məhz həmin cinayətkar ünsürlərin düşüncələri və “oğru qanunları” əsasında idarə olunur.

Hüquq müdafiəçisinin fikirlərini müdafiə edən mətbuat yazır ki, Ermənistanda ordu çox gəlirli biznesə çevrilib. İnsanı soruşmadan orduya çağırırlar və o, dərhal Dağlıq Qarabağa göndərilir. Sonra da onun Dağlıq Qarabağa “könüllü” getdiyi bildirilir.

Hərbi komandanlıq hesab edir ki, əsgəri söymək, təhqir etmək, ac saxlamaq lazımdır. Belə olan halda əsgərin ailəsi onu ərzaq, paltar və digər lazımi əşyalarla təmin edəcək. Komandirlər sonra da bunun “həyat məktəbi” olduğunu iddia edirlər.

“Həbsxanalarda da yataq yeri və digər gündəlik tələbat malları pulla satılır. Burada da insanın söz demək, tələb etmək hüququ yoxdur. Əgər bu böyük biznesdirsə deməli kimlərsə bundan yaxşı qazanc əldə edir”, - deyə mətbuatda vurğulanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.