CƏMİYYƏT


Ermənistan ordusunun Cocuq Mərcanlı kəndini ağır artilleriya atəşinə tutması nəticəsində “OBA” market yararsız vəziyyətə düşüb

Bakı, 12 oktyabr, AZƏRTAC

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki “OBA” marketin Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalması ilə bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda daim işğalçılıq siyasəti yürüdən Ermənistanın çirkin və qeyri-insani əməllərindən çəkinməyək Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəşə tutduğu bildirilib. Qeyd olunub ki, oktyabrın 11-də düşmənin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ağır artilleriya atəşinə tutması zamanı mərmilərdən biri də kənddəki “OBA” marketə düşüb. Nəticədə mağaza tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb.

“Hazırda 800-dən çox mağazası olan “OBA” Marketlər Şəbəkəsi işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi və Cocuq Mərcanlı da daxil olmaqla azad edilən bütün ərazilərimizdə yeni “OBA” marketlərin açılışının həyata keçiriləcəyi günü səbirsizliklə gözləyir”, - deyə məlumatda ifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.