SİYASƏT
Ermənistan ordusunun bölmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər VİDEO
Bakı, 18 aprel (AZƏRTAC). Ermənistan ordusunun bölmələri aprelin 17-də və 18-də gecə Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Ağbulaq kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.