Ermənistan ordusunun daha üç hərbçisi fərarilik edib
AzerTAg.az
Bakı, 25 fevral, AZƏRTAC
Son vaxtlar Ermənistan ordusunun hərbi qulluqçuları arasında hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən qayıtmama halları artmaqda davam edir.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin üç hərbi qulluqçusu hərbi xidmətdən yayınıb. Armavir hərbi komissarlığından hərbi xidmətə çağırılan və manqa komandiri vəzifəsində xidmət edən kiçik çavuş Halbert Msryan fərarilik edib. Vahe Danilyan və Aram Hovanesyan isə məzuniyyətdən qayıtmaqdan boyun qaçırıblar.
Komandanlıq faktlar barədə hüquq-mühafizə orqanlarına məlumat verməsə də, hərbi polis hərbçilərin geri qaytarılması ilə bağlı tədbirlər görməyə çalışır.

Xəbərin mətnində orfoqrafik səhv var