DÜNYA


Ermənistan ordusunun hərbçiləri arasında spirtli içkilərə aludəçilik səbəbindən baş verən cinayətlərin sayı artıb

Bakı, 28 iyul, AZƏRTAC

Son vaxtlar Ermənistan ordusunun şəxsi heyəti arasında geniş yayılan spirtli içkilərə aludəçilik səbəbindən baş verən cinayətlərin sayı artıb.

AZƏRTAC bu ölkə KİV-inə istinadla xəbər verir ki, yerli mətbuatda bu günlərdə Ararat şəhərində sərxoş vəziyyətdə nalayiq hərəkətlərə yol verən daha bir hərbçinin həbs edilərək yerli polis bölməsinə aparıldığına dair məlumatlar yer alıb.

Şəhərdəki kafelərdən birində yüksək dozada spirtli içki qəbul edən Mariam Petrosyan kafenin əməkdaşları ilə mübahisə edib. Kafedən qovulduqdan sonra şəhər sakinlərinə qarşı nalayiq hərəkətlər edən M.Petrosyan polis tərəfindən saxlanılıb.

Bölmədə yoxlama zamanı sərxoş şəxsin hərbçi olduğu müəyyənləşdirildikdən sonra o, hərbi polisə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.