SİYASƏT


Ermənistan ordusunun iki zabiti ağır yaralanıb

Bakı, 22 avqust, AZƏRTAC

Ermənistan ordusunun iki zabiti ağır yaralanıb.

AZƏRTAC Ermənistan sosial şəbəkə istifadəçilərinə və mətbuatına istinadən xəbər verir ki, Ağdərə rayonunda xəndək qazan bir qrup hərbi qulluqçuya başçılıq edən bir kapitan və bir polkovnik–leytenant ağır yaralanıb. Hər iki hərbi qulluqçu hərbi hospitala yerləşdirilib. Əldə edilən məlumata əsasən, zabitlərdən biri Arsen Hovakimyandır.

Hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin guya atəşkəs rejiminin pozulması nəticəsində baş verdiyi iddia edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.