SİYASƏT


Ermənistan ordusunun növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Bakı, 13 avqust, AZƏRTAC 

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.