DÜNYA


Ermənistan ordusunun təlim mərkəzində baş verən partlayış yanğına səbəb olub

Bakı, 21 iyul, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin təlim mərkəzində partlayış baş verib.

AZƏRTAC bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda təlim meydançasında şəxsi heyətlə məşğələ zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində güclü partlayışın baş verdiyi bildirilir. Nəticədə hərbi hissəyə məxsus müxtəlif təyinatlı ləvazimatlar məhv olub və iki obyektə xeyli ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat gizlədilsə də, alovun yayılmasının qarşısının alınması məqsədilə hadisə yerinə bir neçə yanğınsöndürmə briqadasının cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar Ermənistan ordusunun iki hərbi qulluqçusu həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.