DÜNYA


Ermənistan parlamentinin hakim fraksiyası baş nazir postuna Paşinyanı namizəd göstərib

Bakı, 3 may, AZƏRTAC

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyası baş nazir postuna hazırda hökumət başçısının vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini irəli sürüb.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuns parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi proseduruna başlamaq üçün bu addımın atıldığını bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi yalnız bir halda – parlament baş naziri iki dəfə seçmədikdə mümkün ola bilər.

Bir qədər əvvəl Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa verdiyini, lakin seçkiöncəsi dövrdə hökumət başçısı kimi fəaliyyətini davam edəcəyini bildirmişdi.

Ermənistan qanunvericiliyinə görə, parlamentə növbədənkənar seçkilər onun buraxılmasından sonra 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilir. Parlamentin buraxılması mexanizmi istefadan sonra formal olaraq işə salına bilər. Deputatlar iki həftə ərzində iki dəfə baş naziri seçməsə, parlament buraxılacaq. Nikol Paşinyanın sözlərinə görə, bunun üçün hakim fraksiya onun namizədliyini iki dəfə irəli sürəcək və onu təsdiqləməyəcək.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.