DÜNYA


Ermənistan paytaxtında kütləvi etiraz aksiyaları keçirilir

Bakı, 13 noyabr, AZƏRTAC

Ermənistan paytaxtında yeni etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, İrəvan şəhərinin mərkəzi meydanında minlərlə etirazçı toplanıb.

Müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Armen Rüstamyan nümayiş təşkilatçılarından bir neçəsinin xüsusi istintaq xidmətinə çağırıldığını bildirib. Onun fikrincə, bu, onların aksiyada iştirakının qarşısını almaq üçün edilir. Polis əməkdaşları etirazçıların təxribatda şübhəli bildiyi hərbi geyimli bir nəfəri saxlayıb.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları artıq dördüncü gündür davam edir. Aksiya iştirakçıları “Nikol-satqın” şüarı səsləndirirlər. Polis həbslər aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.