DÜNYA


Ermənistan polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz və səs qumbaraları işlədib

Bakı, 16 aprel, AZƏRTAC

Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə etiraz edən müxalifət fəalları parlament binasına yürüş ediblər. Onların bir hissəsi polisin mühasirəsini yarıb keçə bilib. Polis mitinqçilərə qarşı gözyaşardıcı qaz və səs qumbaraları işlədib, yaralananlar var.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin “Elk” müxalifət fraksiyasının rəhbəri Nikol Paşinyan xəstəxanaya yerləşdirilib. “Toqquşma zamanı Paşinyan tikanlı məftillərin üstünə yıxılaraq yaralanıb”, - deyə fraksiyanın mətbuat katibi Tiqran Avinyan bildirib. Onun sözlərinə görə, yaralananlar arasında “Mənim addımım” müxalifət hərəkatının üzvü Alen Simonyan da var. Ümumilikdə 19 nümayişçinin və 3 polis işçisinin yaralandığı bildirilir.

Mitinqçilər və polis arasında toqquşmalar bu gün günorta saatlarında Yerevanın mərkəzindəki Baqramyan prospektində başlayıb. Polis prospekt boyunca tikanlı məftillər çəkib. Şəhərin əsas küçələri iflic vəziyyətinə düşüb, vətəndaşlar öz iş yerlərinə gedə bilməyiblər.

Xatırladaq ki, Ermənistanın hakim Respublika partiyası və onun tərəfdaşı olan “Daşnaksütyun” partiyasının parlament fraksiyası bu gün sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini rəsmən irəli sürüb. Parlamentdə baş nazir seçkiləri aprelin 17-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.