DÜNYA


Ermənistan rəsmiləri ölkədə donuz qripi virusunun yayılmasını gizlətməyə çalışır

Tbilisi, 8 yanvar, AZƏRTAC

Ermənistanda qrip virusundan ölənlərin sayı artıb. Ölənlərdən 10-da məhz H1N1 virusu (donuz qripi) aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Mətbuatın yazdığına görə, Ermənistanın səhiyyə naziri bu faktları gizlətməyə çalışır.

Ermənistan səhiyyə nazirinin səlahiyyətlərini icra edən Liana Torosyan ölkədə donuz qripinin (H1N1 virusu) yayılması ilə bağlı xəbərləri təkzib edib. O deyib: “Hazırda Avropada olduğu kimi Ermənistanda da H1N1 virusu qeydə alınıb. Amma bu çox təhlükəli deyil və biz bunu şişirtməməliyik”.

Ermənistan Səhiyyə Nazirliyindən bildiriblər ki, yanvarın 8-dək "donuz qripi" simptomları ilə xəstəxanalara 642 nəfər müraciət edib, lakin onlardan 597 nəfərinə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Nazirlik əhalini sakitləşdirməyə, təlaş keçirməməyə çağırıb və bildirib ki, vəziyyət “nəzarət altındadır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.