SİYASƏT
Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozmaqda davam edirlər VİDEO
Bakı, 3 may (AZƏRTAC). Ermənistan ordusunun bölmələri mayın 2-də və 3-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.