SİYASƏT
Ermənistan silahlı birləşmələri atəşkəs rejimini yenidən pozmuşlar VİDEO
Bakı, 18 mart (AZƏRTAC). Ermənistan ordusunun bölmələri martın 17-də və 18-də gecə Ermənistanın Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.