SİYASƏT
Ermənistan silahlı birləşmələri diversiya qrupu üzvünün nəşi qarşı tərəfə qaytarılıb
Bakı, 10 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 2014-cü il avqustun 7-də respublikamızın ərazisində saxlanan və avqustun 8-də saxlanma yerində qəflətən ölən Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşini qarşı tərəfə qaytarıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, proses oktyabrın 10-da Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində baş tutub.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.