SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulmuşdur VİDEO
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri iyulun 7-də və 8-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutmuşlar.
Ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.