SİYASƏT
Ermənistan silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozmuşlar
Bakı, 20 fevral (AZƏRTAC). Ermənistan silahlı bölmələri fevralın 19-da və 20-də gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.
Erməni silahlıları Azərbaycan Respublikasının Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdəki mövqelərdən də Azərbaycan Ordusunun mövqelərini atəşə məruz qoymuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.