ORDU
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub
Bakı, 17 iyul, AZƏRTAC
Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
- 19.04.2024 [11:28]