ORDU
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 80 dəfə pozub VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 80 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Düşmən cavab atəşi ilə susdurulub.