SİYASƏT


Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsi Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında yad edilir VİDEO

Kiyev, 18 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında aksiya keçirilir.

AZƏRTAC xəbər verir ki, Kiyevdəki Azərbaycan diasporunun üzləri və Ukrayna paytaxtının sakinləri əllərində gül və yumşaq oyuncaqlarla ölkəmizin Ukraynadakı səfirliyinin qarşısına gəlirlər.

Oktyabrın 17-də Gəncənin mərkəzindəki yaşayış məhəllələrinə düşmənin silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilməsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən artıq insan yaralanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.