SİYASƏT


Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub VİDEO

Bakı, 15 iyul, AZƏRTAC 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.