SİYASƏT


Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması İtaliya mətbuatında geniş işıqlandırılıb

Roma, 17 oktyabr, AZƏRTAC

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən “Rai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “İl Sole 24 Ore”, “İl Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occho Notizie”, “Gazzetta di Parma”, “Telenicosia”, “Politicamente Corretto”, “MSN”, “Quotidiano Countribuenti”, “Prima Press”, “Globus Magazine”, “La Gazetta del Mezzogiorno”, “La Nuova Sardegna”, “Quotidiano”, “Politica News”, “Altoadige”, “Inews24”, “Giornale del Trento”, “Prealpina”, “Agenia Nova”, “Corriere Quotidinao”, “La Presse”, “Unionsarda”, “Il Giornaleditalia”, “Open Online” və sair kimi mətbuat orqanları Gəncə şəhərini Ermənistanın ballistik raket atəşinə tutması haqqında məlumatlar və videoreportajlar yayımlayıblar.

AZƏRTAC xəbər verir ki, məlumatlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına bugünkü müraciətində bu mövzu ilə bağlı fikirlərindən sitat gətirilərək baş verənlərin hərbi cinayət olduğu və Ermənistanın cavabının Azərbaycan tərəfindən döyüş meydanında verildiyi bildirilir.

Məlumatlarda, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin məlumatlarına əsasən Ermənistanın bu hərbi cinayətinin ağır nəticələri barədə danışılır, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumun ciddi sayda mülki insanların itkisinə səbəb olduğu, 13 şəxsin, o cümlədən 2 uşağın həyatını itirdiyi, 50-dən çox insanın ciddi yaralandığı, çoxsaylı yaşayış binalarının və geniş ərazinin dağıdıldığı, Gəncəyə atılan raketlərin SCUD/Elbrus taktiki ballistik raketlər olduğu, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirdiyi vurğulanır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.