SİYASƏT


Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib

Bakı, 21 fevral, AZƏRTAC

ATƏT-in Minsk qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 21-də günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Düşmən PUA-sı Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkarlanaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.