DÜNYA


Ermənistana silah idxal edəcək şirkətin tenderdə qalib gəlməsi müzakirəyə səbəb olub

Bakı, 25 iyun, AZƏRTAC

Ermənistan hakimiyyəti növbəti tenderdə silah tədarük edən şirkətlərin dairəsini genişləndirməyə çalışıb.

AZƏRTAC yerli “Hrabaraq” nəşrinə istinadən bildirir ki, 30-a yaxın şirkətə tender paketləri göndərilib.

Fakt isə budur ki, silah tədarükünə maraq azdır. Çünki, silah idxalı üçün müvafiq əlaqələrə və imkanlara malik olmaq lazımdır.

Nəşri isə tenderi yenidən David Qalstyanın (Patron David) şirkətinin qazanması təəccübləndirib. Bu təəccübə səbəb isə D. Qalstyana qarşı cinayət təqibinin davam etdiyi bir vaxtda onun rəhbəri olduğu, reputasiyası şübhəli şirkətin nəinki tenderə buraxılması, hətta oradan qalib çıxmasıdır.

Xatırladaq ki, D. Qalstyanın adı Ermənistan ordusunun keyfiyyətsiz silah təchizatı ilə bağlı keçmiş müdafiə naziri David Tonoyana qarşı açılmış cinayət işində əsas şübhəlilərdən biri kimi hallanırdı.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.