DÜNYA


Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 27 minə yaxınlaşır

Tbilisi, 2 iyul, AZƏRTAC

Ermənistanda COVID-19 virusuna yoluxanların sayı sürətlə artır. Son 24 saat ərzində ölkədə daha 593 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 26 min 658 nəfərə yüksəlib.

Son sutka ərzində daha 6 nəfər pandemiyanın qurbanı olub və bu virusdan ölənlərin sayı 459 nəfərə çatıb.

Hazırda Ermənistanda 11 min 10 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.