DÜNYA


Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 40 min 593 nəfərə çatıb

Tbilisi, 11 avqust, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min 593 nəfərə çatıb. Onlardan 160 nəfəri koronavirusa son sutka ərzində yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və profilaktikası milli mərkəzi məlumat yayıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayı da daha 7 nəfər artaraq 803 nəfərə çatıb. Son 24 saat ərzində Ermənistanda daha 234 nəfər koronavirus xəstəsi digər səbəblərdən dünyasını dəyişib.

Hazırda Ermənistanda 6 min 399 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.