DÜNYA


Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb

Moskva, 5 iyul, AZƏRTAC

Ermənistanın Gümri şəhərində Rusiya hərbçisinin meyiti tapılıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatına görə, Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının 20 yaşlı hərbçisinin meyiti kirayə yaşadığı mənzildə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın 102 saylı hərbi bazası 1995-ci ildə imzalanmış müqaviləyə əsasən Ermənistanın Gümri şəhərində yerləşir. 2010-cu ildə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.