DÜNYA


Ermənistanda Rusiya hərbi qulluqçusu digər hərbçiyə atəş açdıqdan sonra intihar edib

Moskva, 24 oktyabr, AZƏRTAC

Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu digər hərbçiyə atəş açdıqdan sonra intihar edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 23-də Ermənistanın Alagəz poliqonunda təlimdən sonra Rusiya hərbi qulluqçusu silahı təhvil verərkən təhlükəsizlik qaydalarını pozub və avtomatdan atəş açaraq digər hərbçini qətlə yetirib. Bundan sonra özü də intihar edib. Hər iki hərbi qulluqçu müqavilə əsasında hərbi xidmətdə olublar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.