DÜNYA
Ermənistanda avtomobildə baş verən yanğın zamanı bir hərbçi ölüb, üçü xəsarət alıb
Bakı, 21 may, AZƏRTAC
Ermənistanın Eçmiədzin Zvartnots rayonunda avtomobildə baş vermiş yanğın zamanı ölən və ağır yaralananlar Vazqen Sarkisyan adına hərbi universitetin zabitləridir.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Eçmiədzindəki “Bişaryan” mebel salonu yaxınlığında “Mazda” markalı avtomobildə yanğın baş verib. Nəticədə bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Ölən şəxs - 57 yaşlı polkovnik-leytenant Hovik Kosakyan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan hərbi universitetində artilleriya fakültəsinin baş müəllimi, yaralılar isə həmin universitetin müəllimləri 58 yaşlı polkovnik-leytenant Aşot Şekikyan, ehtiyatda olan polkovnik 57 yaşlı Pavel Topçyan və 36 yaşlı Qevorq Harutyunyandır.
Yanğın söndürüldükdən sonra polkovnik-leytenant Hovik Kosakyanın yanmış cəsədi avtomobildən tapılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]