DÜNYA


Ermənistanda baş nazir-parlament qarşıdurması kəskinləşir

Bakı, 3 oktyabr, AZƏRTAC

Ermənistan parlamentinin növbəti iclası deputatların olmaması səbəbindən uzanır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, parlamentdə təmsil olunan 105 deputatın azı 53-ü iştirak etmədiyi üçün kvorum təmin olunmur.

Bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan “Daşnaqsütyun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin və qubernatorların vəzifədən azad edilməsi barədə fərmanları hüquqi qüvvəyə mindikdən sonra istefa verəcəyini bildirib.

Bununla yanaşı o, istefasından sonra da konstitusiyada nəzərdə tutulduğu kimi baş nazir vəzifələrini icra edəcəyini deyib.

Ermənistan qanunvericiliyinə əsasən, hökumət başçısının istefasından sonra parlament 7 gün ərzində yeni baş nazir seçməlidir. Əgər bu müddət ərzində baş nazir seçilməsə, bunun üçün yenidən 7 günlük müddət ayrılmalıdır. Yenə də nəticə əldə olunmasa, ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir.

“Lakin biz xalqla birgə parlamentin yeni baş nazir seçməsinə maneə ola bilərik”, - deyə Paşinyan bildirib.

Bir qədər əvvəl Ermənistan parlamenti növbədənkənar iclasda “Milli məclisin reqlamenti barədə” qanuna ölkənin ali qanunverici orqanının buraxılmasını çətinləşdirən dəyişiklikləri qəbul edib. Nikol Paşinyan bu qanun layihəsini dəstəkləyən deputatları əksinqilabçı adlandırıb və tərəfdarlarını parlament qarşısında mitinqə toplaşmağa çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.