DÜNYA


Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Bakı, 22 yanvar, AZƏRTAC

Üzləşdiyi dərin böhrandan çıxış yolu tapa bilməyən Ermənistan ən çox korrupsiyalaşmış ölkələr arasında ilk sırada qalmaqda davam edir. Ermənistan Statistika Xidməti işğalçı ölkədə son 1 ildə korrupsiya ilə bağlı 8033 faktın qeydə alındığını bildirib. Siyahıda yüksək çinli məmurların, hökumət rəhbərlərinin də adları var. Təhlükəsizlik Xidmətinin növbəti əməliyyatı zamanı isə gömrük orqanları əməkdaşlarının korrupsiya əməllərinin üstü açılıb.

AZƏRTAC xəbər verir ki, Ermənistanda Xüsusi İstintaq Komitəsi gömrük məntəqələrinə genişmiqyaslı operativ-araşdırma tədbiri həyata keçirib. Nəticədə 118 gömrük əməkdaşı saxlanılıb. Onlar brokerlik fəaliyyəti ilə məşğul olan şirkətlərin əməllərinə göz yummaqda ittiham olunurlar. Bunun müqabilində böyük miqdarda rüşvət alan gömrük işçiləri ölkəyə daxil olan malların idxalı və ixracını daha aşağı faiz dərəcələri ilə rəsmiləşdiriblər. Həmçinin qanunla qadağan edilən məhsulların sərhəddən keçirilməsinə göz yumublar. Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Bunu beynəlxalq antikorrupsiya təşkilatları da təsdiqləyir.

Ötən ilin mayından başlayaraq təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində onlarla yüksək çinli məmurun korrupsiya əməllərinin üstü açılıb. Onların arasında general Manvel Qriqoryanın, Serj Sarkisyanın qardaşlarının, sabiq baş nazir Ovik Abramyanın, sabiq prezident Robert Koçaryanın və bir sıra deputatların adları var. Ermənistanın Respublika partiyası antikorrupsiya əməliyyatlarını siyasi təzyiq hesab edir. Siyasi təşkilatın mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı buna görə “hoqqabaz” adlandırıb. Bildirib ki, hökumət korrupsiya əməliyyatları adı altında şou göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.