DÜNYA


Ermənistanda bu dəfə fermerlər etiraz edirlər

Bakı, 8 aprel, AZƏRTAC

Sosial problemlərin getdikcə ağırlaşdığı Ermənistanda etiraz dalğası davam edir. Bu dəfə ölkənin fermerləri ayağa qalxıblar. Onlar “Spayka” şirkətinin rəhbəri David Xazaryanın həbsinə etiraz edirlər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, minlərlə etirazçı fermer paytaxt Yerevanın mərkəzində Ali Məhkəmənin binası qarşısına toplaşıblar. Məhkəmənin qərarı ilə 3 gün əvvəl şirkətin Yerevandakı ofisində vergi müfəttişləri ilə polislərin birgə keçirdiyi əməliyyat nəticəsində David Xazaryan saxlanılaraq həbs edilib. Onun dövlət büdcəsinə külli miqdarda ziyan vurduğu iddia olunur. Əslində isə Ermənistanda 15 ildən çoxdur fəaliyyət göstərən bu şirkətin rəhbərinin həbsinə səbəb baş nazir Nikol Paşinyanın həyat yoldaşıdır.

“Hraparak” qəzetinin yazdığına görə, “Spayka” şirkətinin rəhbəri David Xazaryanla Paşinyan ailəsi arasında narazılıqlar 6 aya yaxındır davam edirdi. Paşinyanın həyat yoldaşı Anna Akopyan şirkətdən hər ay onun şəxsi fonduna 5 min dollar ödəməyi tələb edib. Qarşı tərəf isə bu rəqəmlə razılaşmayıb. Elə problemlər də buradan başlayıb. Etirazçılar bildiriblər ki, 50 minə yaxın ailə pulsuz qalıb. Ancaq xalqı aldadaraq hakimiyyətə gələn Paşinyan heç 50 ailəyə də çörək pulu vermək gücündə deyil. Əksinə, ölkədə hər gün işsizlərin sayı artır. Aksiya iştirakçıları Paşinyan və onun komandasından xalqın incidilməsinə son qoymağı tələb ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.