DÜNYA


Ermənistanda çörəyin qiyməti 7,4 faiz bahalaşıb

Tbilisi, 21 yanvar, AZƏRTAC

Ermənistanda inflyasiya gücləndikcə istehlak məhsullarının qiyməti artır. Keçən ilin sonlarına Ermənistanda istehlak qiymətləri 2019-cu ilə nisbətən orta hesabla 3,7 faiz artıb.

AZƏRTAC xəbər verir ki, təkcə dekabr ayında ölkədə inflyasiya 3,4 faiz olub. Ötən ilin son ayında Ermənistanda inflyasiya sürətlənib. Ən çox bahalaşma isə 3,3 faiz olmaqla paytaxt İrəvanda qeydə alınıb.

Mətbuatın yazdığına görə, 2020-ci ilin dekabrında un və un məhsulları (çörək) və dənli bitkilərin qiyməti orta hesabla 7,4 faiz, süd məhsulları və pendirin qiyməti orta hesabla 5,8 faiz, yumurtanın qiyməti isə 13,1 faiz artıb. Eyni zamanda, qida və spirtsiz içkilər 4,9 faiz, spirtli içkilər və tütün məhsulları 10,4 faiz bahalaşıb.

Bahalaşma bununla bitməyib. Dekabr ayı ərzində Ermənistanda benzin və dizel yanacağının qiymətləri də müvafiq olaraq 4,1 faiz və 2,9 faiz bahalaşıb.

Əhalinin ödəmə qabiliyyəti isə daha çox azalıb. Hazırda əhali qrupu arasında istehlak olunan təbii qazın və elektrik enerjisinin dəyərinin ödənilməsində ciddi problemlər yaşanır. Son hesablamalara görə, əhalinin 90 faizi qaz və elektrik enerjisinin dəyərini ödəyə bilmir və onların borcu milyon dollarla ölçülür.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.