DÜNYA


Ermənistanda “donuz qripi” xəstəliyindən daha bir nəfər ölüb

Bakı, 5 fevral, AZƏRTAC

Ermənistanda “donuz qripi” xəstəliyindən daha bir nəfər ölüb. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilir ki, ölüm hallarının əsas səbəbi vətəndaşların xəstəxanalara gec müraciət etməsidir. Hazırda Ermənistanın müxtəlif bölgələrindəki səhiyyə müəssisələrində ağır vəziyyətdə olan çoxlu sayda pasiyentlər var. H1N1 və H3N2 viruslarına yoluxanların sayı da sürətlə artmaqdadır. Xüsusən, məktəblərdə “donuz qripi” xəstəliyi daha çox yayılıb.

Bu, 2019-cu ildə Ermənistanda “donuz qripi” xəstəliyindən qeydə alınan üçüncü ölüm faktıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.