DÜNYA


Ermənistanda hərbi hissələrin birində ortaya çıxan rüşvətxorluq faktı böyük narazılığa səbəb olub

Bakı, 28 iyul, AZƏRTAC

Son vaxtlar Ermənistan ordusunda adi hal alan faktlardan biri də rüşvətxorluqdur. Bu günlərdə hərbi hissələrin birində ortaya çıxan rüşvətxorluq faktı böyük narazılığa səbəb olub.

AZƏRTAC bu ölkə KİV-inə istinadla xəbər verir ki, yayılan məlumatlarda Ararat vilayətinin Armaş qəsəbəsində yerləşən hərbi hissədə qulluq edən hərbçilər Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan ordu sıralarından tərxis olunmaları üçün böyük miqdarda rüşvət tələb edildiyi bildirilib. Hərbi qulluqçular hələlik hüquq-mühafizə orqanlarına müraciət etməsələr də, yaxın vaxtlarda ehtiyata buraxılmasalar, rüşvət tələb edən şəxs barədə hərbi prokurorluğa ərizə yazacaqları haqda komandanlığı xəbərdar ediblər.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistan ordusundan təcili surətdə tərxis edilərək ölkədən çıxıb getmək istəyənlərin sayı gündən-günə artır. Bu, həm Azərbaycan Ordusunun parlaq Qələbəsi nəticəsində Ermənistan silahlı qüvvələrində yaranan xaos, hərc-mərclik, özbaşınalıq, ruh düşkünlüyü, həm də son vaxtlar Ermənistan tərəfinin sərhəd rayonlarında vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatlarla əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.