DÜNYA


Ermənistanda hökumət əleyhinə aksiyalar davam edir

Tehran, 5 dekabr, AZƏRTAC

Bu gün Ermənistanda “Vətənin xilası” hərəkatının kütləvi aksiyası keçirilib. Aksiya iştirakçıları başda hərəkatın rəhbəri Vazqen Manukiyan olmaqla baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

AZƏRTAC xəbər verir ki, Yerevanın mərkəzində təşkil olunan aksiyadan sonra insanlar hökumət bağına tərəf hərəkət ediblər. Onlar N. Paşinyanyanla bağda görüşüb ona mitinqin bəyanatını təqdim ediblər. Bəyanatda N. Paşinyana 3 gün müddətində qərar qəbul edib istefa verməsi təklif olunub, əks təqdirdə kütləvi aksiyaların dayanmayacağı bildirilib.

News.am saytının yazdığına görə V. Manukiyan mitinq zamanı jurnalistlərə söyləyib ki, N. Paşinyan 2, 5 ildə elə yanlış işlər görüb ki, onları düzəltmək üçün illər lazım olacaq. Onun siyasəti Ermənistanı diz çökdürdü.

Qeyd edək ki, Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət pozulub. Yerevanda hər gün kütləvi tədbirlər keçirilir və baş nazirin istefası tələb olunur.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.