DÜNYA


Ermənistanda ikigünlük matəm başlayıb

Ermənistanda ikigünlük matəm başlayıb

Bakı, 17 avqust, AZƏRTAC

İrəvan yaxınlığındakı “Surmalu” ticarət mərkəzində partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Ermənistanda ikigünlük matəm başlayıb. Ölkədə matəm elan olunması barədə qərarı baş nazir Nikol Paşinyan imzalayıb.

AZƏRTAC “Sputnik Armeniya” saytına istinadla xəbər verir ki, səhər saatlarında dövlət müəssisələri üzərindəki bayraqlar endirilib. Ölkədə bütün bayram tədbirləri ləğv olunub, telekanallarda əyləncəli proqramlarının yayımı dayandırılıb.

“Surmalu” topdansatış ticarət mərkəzinin ərazisində axtarış-xilasetmə işləri gecə boyu davam etdirilib.

Son məlumata görə, avqustun 14-də baş vermiş partlayış və yanğın nəticəsində 16 nəfər ölüb, daha iki nəfər itkin düşmüş hesab olunur. Ölənlər arasında hamilə qadın və dörd yaşlı uşaq da var.

Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi partlayışla bağlı cinayət işi açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.