DÜNYA


Ermənistanda karantin müddəti 2021-ci ilin yanvarınadək uzadılır

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin müddəti 2021-ci il yanvarın 11-dək uzadılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilir ki, pandemiya ilə bağlı vəziyyət bütün dünyada gərgin olaraq qalır. Bu qərar Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın ikinci dalğası ilə bağlı xəbərdarlığı nəzərə alınaraq və xəstəliyin Ermənistanda geniş yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq və müvafiq profilaktik, epidemiya əleyhinə tədbirlər görülmək üçün qəbul olunur.

Ölkədə karantin rejimi 2020-ci il sentyabrın 11-dən 2021-ci il yanvarın 11-dək tətbiq ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.