DÜNYA


Ermənistanda karantin rejimi daha 6 ay müddətinə uzadılıb

Tbilisi, 12 iyul, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar Ermənistanda elan olunmuş karantin rejiminin müddəti daha 6 ay müddətinə uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, koronavirusun yayılma riskini azaltmaq məqsədilə, Ermənistan ərazisində elan edilmiş karantin 2021-ci il dekabrın 20-nə kimi uzadılacaq. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun güman edilən dördüncü dalğası barəsində məlumat yayır. Eyni zamanda, bütün dünyada, o cümlədən Ermənistanın sıx əlaqəsi olduğu qonşu Rusiya, Gürcüstan və bir sıra ölkələrdə yeni “delta” ştamı yayılıb. Bütün bunların qarşısını almaq üçün əlavə tədbirlər görülür və bununla yanaşı karantin rejimi daha 6 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Ermənistanda bundan əvvəl elan olunmuş karantin rejiminin müddəti iyulun 11-də başa çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi rejimi

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.