DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 24 minə çatır

Tbilisi, 27 iyun, AZƏRTAC

Ermənistanda son 24 saat ərzində daha 662 nəfər koronavirusa yoluxub, 10 nəfər isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 23 min 909 nəfər təşkil edir. Bu virusdan ölənlərin sayı isə 420 nəfərə yüksəlib.

Hazırda Ermənistan xəstəxanalarında 10 min 445 nəfər COVID-19 virusundan müalicə olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.