DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 27 min 320 nəfərə çatıb

Tbilisi, 3 iyul, AZƏRTAC

Son 24 saat ərzində Ermənistanda daha 662 nəfər COVID-19 virusuna yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 27 min 320 nəfər yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, son sutka ərzində daha 10 nəfər pandemiyanın qurbanı olub və bununla da virusdan ölənlərin sayı 469 nəfərə çatıb.

Daha 156 nəfər koronavirus xəstəsi digər xəstəliklərdən dünyasını dəyişib.

Hazırda Ermənistanda 11 min 211 nəfər aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.