DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 32 minə çatır

Tbilisi, 12 iyul, AZƏRTAC

Son 24 saat ərzində Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 31 min 969 nəfərə yüksəlib.

Son sutka ərzində koronavirusdan 9 nəfər dünyasını dəyişib və hazırda ölənlərin ümumi sayı 565-dir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.