DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 41 min 299 nəfərə çatıb

Tbilisi, 14 avqust, AZƏRTAC

Son 24 saat ərzində Ermənistanda daha 276 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 min 299 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanda pandemiya qurbanlarının sayı 814 nəfərə çatıb. Onların da 5-i son sutka ərzində ölüb.

Eyni zamanda, son sutka ərzində daha 239 koronavirus xəstəsi digər səbəblərdən ölüb.

Hazırda Ermənistanda 6 min 79 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.