DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 45 min 152 nəfərə çatıb

Tbilisi, 9 sentyabr, AZƏRTAC 

Ermənistanda koronavirusa yoluxanların sayı 45 min 152 nəfərə çatıb. Son 24 saat ərzində 199 yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı daha 2 fakt artaraq 905-ə çatıb.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 279-a çatıb, onlardan da 3-ü son sutka ərzində həyatını itirib.

Hazırda Ermənistanda 2 945 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.