DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 46671-ə çatıb

Tbilisi, 17 sentyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxma halları yenidən artaraq 46 min 671 nəfərə çatıb. Onların da 295-i son 24 saat ərzində COVID-19-a yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası məlumat yayıb.

Son sutka ərzində pandemiya qurbanlarının sayı daha 2 fakt artaraq 925-ə çatıb.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 283-dür.

Hazırda ölkədə 3232 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.