DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini keçib

Tbilisi, 26 sentyabr, AZƏRTAC

Ermənistanda COVID-19 virusuna yoluxanların sayında kəskin artım qeydə alınıb. Təkcə son sutka ərzində Ermənistanda daha 429 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 49 min 72-yə çatıb.

Ölkədə pandemiya qurbanlarının sayı isə 448-dir.

Digər səbəblərdən ölən koronavirus xəstələrinin ümumi sayı isə 295-ə çatıb.

Hazırda Ermənistanda 4 min 253 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.